24 saat

“Neftçi”-“İnter” matçında biabırçı penalti qərarı – VİDEO


Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” “İnter”i qəbul edir.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində matçın baş hakimi Rəvan Həmzəzadə qonaqların qapısına biabırçı penalti təyin edib.

Belə ki, “bankirlər”in müdafiəçisi Zurab Xizanişvli topa əllə cərimə meydançasının kənarında müdaxilə etsə də, referi penalti qərarı verib. Bundan başqa onun idarəçiliyi qonaqların narazılığına səbəb olub. Hakimin qərarlarına etiraz edən “İnter”in kapitanı Həmzəzadəyə “bir də belə etsən, komandanı meydandan çıxarcam” deyib.

Həmin “penalti” epizodunu təqdim edirik:

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: