“Neftçi” Avroliqanın I təsnifat mərhələsində ilk qələbəsini qazandı

Bu gün Bakının “Neftçi” klubu Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.

Bakı klubu Maltada “Baltsan”ın qonağı olub.

“Hibernians” stadionunda keçirilən oyunda hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. Tədricən rəqib qarşısında üstünlüyünü artıran Bakı klubu 84-cü dəqiqədə 2:0 hesabı ilə önə keçib: Ruslan Qurbanov penaltini qola çevirib. Görüş bu hesabla da başa çatıb.

Beləliklə, paytaxt təmsilçisi səfərdən sərfəli nəticə ilə geri dönməyi bacarıb. Cütün qalibi “Şkendiya” (Makedoniya) və “Krakoviya” (Polşa) komandalarının güclüsü ilə II təsnifat mərhələsində üz-üzə gələcək. (“Report”)

Loading...

“ABŞ-ın yaradacağı yeni anti-İran alyansında Türkiyə də yer alacaq”

Sonrakı Yazı »

Millimiz Avropa Liqasında sәfәrdә – Qәlәbә qazandı

%d bloqqer bunu bəyənir: