24 saat

Neft ixrac edən Norveçin dövlət büdcəsində kəsir yaranıb


Neft ölkəsi olan Norveçin büdcəsində 2016-cı ilin II rübündə 1990-cı illərin ortalarından sonra ilk dəfə kəsir yaranıb.

Vestifinance.ru xəbər verir ki, II rübdə ölkə büdcəsinin gəlirləri 2015-cı ilin analoji dövrü ilə müqayisədə 2,3% azalaraq 328 mlrd. krona (39,78 mlrd. ABŞ dolları), xərcləri isə 8% artaraq 333 mlrd. kron (40,35 mlrd. ABŞ dolları) təşkil edib. Nəticədə 5 mlrd. kron (606 mln. ABŞ dolları) həcmində büdcə kəsiri yaranıb.

Neftin qiymətinin düşməsi və neft hasilatından vergi gəlirlərinin azalması Norveç Dövlət Birbaşa İnvestisiyalar Fondunun (SDFİ) gəlirlərini azaldıb və fondun profisitini aşağı salıb. Vergi daxilolmaları II rübdə 2 dəfə azalıb və 23 mlrd. kron (2,78 mlrd. ABŞ dolları) təşkil edib. Ümumilikdə büdcənin vergi gəlirləri 8,3% azalıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: