Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Neft buruğunda 49 nəfər təxliyyə edilib

SOCAR-dan yanğınla bağlı yeni açıqlama

Bu gün səhər saatlarında Xəzər dənizində yerləşən SOCAR-a məxsus 19 saylı neft buruğunda yanğın baş verib. Ehtimal olunur ki, buruqda qazın təzyiqi artıb, nəticədə qaz sızması olub və yanğın baş verib. Bunu neft sənayesindəki mənbə deyib.
Yanğının qarşısını almaq üçün işlər davam etdirilir. O bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev “Bizim Yol”-a yanğının baş verməsini təsdiqləyib:
 ““Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və yanğın baş verib.
NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülmüşdür. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilmiş, xəsarət alan olmamışdır. Hazırda özüldəki işçilərin təxliyyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür. Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tbilisidə “Referenduma yox!” aksiyası keçirilib

%d bloqqer bunu bəyənir: