Advertisements
24 saat

Neft, ABŞ-dan gələn xəbər ilə kəskin ucuzlaşdı


ABŞ-ın Enerji İnformasiya idarəsi rəsmi neft ehtiyatları göstəricisini açıqlayıb.

“Marja” İdarənin açıqladığı məlumata istinadən xəbər verir ki, ABŞ-da ötən həftə neftbazalarda ehtiyatlar 14,4 milyon barel artıb. Analitiklər ehtiyatların 1 milyon barel artacağını gözləyirdilər. Bir əvvəlki həftə ehtiyatlar təxminən 0,6 milyon barel azalmışdı.

Ötən gecə Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə də, özəl sektorun xam neft ehtiyatları keçin həftə 9.3 milyon barel artıb.

BRENT NEFTİ 46 DOLLARA DÜŞDÜ

ABŞ-da neft ehtiyatlarının kəskin artması ilə əlaqədar olaraq neft qiymətləri aşağı düşür.

“Marja” xəbər verir ki, Bakı vaxtı ilə saat 18:50-yə olan məlumata görə, Brent nefti 3,2% ucuzlaşma ilə 46,63 dollardan, Qərbi Teksas nefti (West Texas Intermediate (WTI) isə 3,3% ucuzlaşma isə 45,19 dollardan alıcı tapıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: