Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
neft.jpg

Neft 60 dollar ola bilərmi? – Ekspert şərh edir

XXIII Dünya Enerji Konqresində Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib ki, bu ilin sonuna kimi neftin bir barelinin qiyməti 60 dollara çata bilər.

Mövzu ilə bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, bu bəyanatlar vasitəsilə bazarda müəyyən ajiotaj yaratmağa çalışırlar.

Natiq Cəfərlinin sözlərinə görə, bütün OPEC ölkələri son zamanlar sözlü müdaxilələrlə bazara təsir etməyə çalışırlar: “Bunun efektini də görürlər. Çünki son toplantıda ciddi heç bir qərar qəbul olunmadı. Qərarın Vyanada qəbul olunması ilə bağlı sadəcə sözlü müdaxilə oldu. Bu bazarlara təsir göstərdi və neftin qiyməti 50 dolları keçdi. Sözlü müdaxilələrin bazarda efektini görərək, belə bəyanatların sayını artırmağı düşünürlər. Amma bazarın öz fundamental qanunları var. Son açıqlanan rəqəmlər onu göstərir ki, həm Rusiyada, həm də OPEC ölkələrində hasilat getdikcə artır. Amerikada da hasilatın artması prosesi yenidən başlayıb. Nigerya, Liviya və İraq da əvvəlki dövrlərdə itirdikləri mövqelərini bərpa etmək üçün hasilatı artırmağı düşünürlər. İran sankisyalardan öncəki səviyyəyə – 4.5 milyon barelə qalxmağı qarşısına məqsəd qoyub. Bütün bunlar onu göstərir ki, bazarda kifayət qədər tələb-təklif problemi var. Tələblə təklif arasında uçurum hökm sürür. Təklif həddindən artıq çoxdur. Belə bir şəraitdə, dünya iqtisadiyyatının sürətinin azalması neftin istehlakını da azaldır. Bu şəraitdə qiymətin artması real görünmür. Sadəcə sözlü müdaxilələr neftin qiymətində oynaqlığa şərait yaradır”.

Ekspert bildirib ki, neft bazarında normal treyderlərdən başqa, minlərlə naşı oyunçular var: “Tək bu faktı demək kifayətdir ki, gündəlik neft hasilatı dünyada 95 milyon barreldi, amma foreks üzərindən satılan neft kağızları bundan min dəfə çoxdur. Yəni “kağız neft” real nefdən min dəfə çoxdur. Belə bəyanatlar o naşı oyunçulara təsir göstərir. Bu oyunçular dərhal qiyməti qaldırmaq üçün hərəkətə keçirlər. Əsas bu bəyanatlara deyil, əmələ fikir vermək lazımdır. Bunları analiz edərkən görürük ki, yaxın gələcəkdə neftin kəskin bahalaşması üçün şərait yoxdur. Amma kəskin ucuzlaşama üçün də bir şərait formalaşmayıb. Qiymət koridiru 45-55 dollar arasında bütün oyunçuları qane edir. Böyük fəlakətlər, Körfəz ölkələrində müharibə, təlatümlər olmasa, neftin qiyməti bu koridorda qalacaq. Belə bəyanatlar OPEC-in növbəti toplantısına qədər daim olacaq”.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Dollar sabit qaldı, avro və funt sterlinq isə ucuzlaşdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: