Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Neft 50 dolları keçdi

Dünya bazarında “Brent” markalı neftin qiyməti 6 aylıq fasilədən sonra ilk dəfə olaraq 50 dollar/barel həddini keçib. Xatırladaq ki, “Brent” nefti sonuncu dəfə 2015-ci il noyabrın 4-də 50 dollar/bareldən baha satılıb.

“Brent” markalı neftin qiymətinin psixoloji hədd – 50 dollar/bareli keçməsinə səbəb dünən, mayın 25-də ABŞ-da Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən açıqlanan neft ehtiyatlarının səviyyəsinin proqnozlardan çox azalması amili olub.

Belə ki, ehtiyatlar proqnozlaşdırılan 2,450 mln. barel azalmaya qarşı faktiki olaraq 4,226 mln. barel azalıb. Qeyd edək ki, bir gün əvvəl, mayın 24-də ehtiyatların kəskin azala biləcəyi ilə bağlı siqnalları Amerikan Neft İnstitutunun (APİ) göstəriciləri ilə verilmişdir.

“Report”un analitik qrupu hesab edir ki, neft qiymətlərində 47 dollar/barelə qədər korreksiya baş verə bilər. Daha sonra isə iyun ayında “Brent”in qiyməti 55 dollara qədər yüksəlməsi ehtimal edilir.

Nəzərə almaq lazımdır ki, neft qiymətləri yanvarın 20-dəki bu ilin minimal səviyyəsi olan 27,10 dollar/bareldən 4 ay ərzində 85% artım göstərib. Bu səviyyədə treyderlərdə öz qazanclarını reallaşdırmaq istəyi yarana bilər. Bu da qiytmətlərin bir qədər geriləməsinə səbəb olacaq. Lakin yaxın 2-3 ay ərzində ABŞ-da neft ehtiyatları və aktiv neft quyularının sayının azalması neftin qiymətinin kəskin düşməsinə mane olacaq.

24saat.org isə bildirir ki, Azərbaycan nefti də bahalaşıb. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,26 dollar və ya 0,52% artaraq 50,62 dollar təşkil edib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Fitch-dən xəbərdarlıq: Dollar 2016-da bahalaşacaq

%d bloqqer bunu bəyənir: