Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

«Neft 100 dollar olsa belə manat yenə ucuzlaşacaqdı»

Ekspert Qulu İbrahimli: «Ölkənin maliyyə-bank sistemində yaranmış böhrana səbəb Mərkəzi Bankın ayırdığı iki kreditlə bağlıdır»

«Dövlət Neft Fondu 2016-cı ilin 2-ci rübündə dövlət büdcəsinə nəzərdə tutulan transfert həddində bazarda satdığı valyutadan əldə etdiyi gəliri dövlət büdcəsinə tam köçürməyib. Nəticədə cari ilin 6 ayında DNF üzə dövlət büdcəsinin gəlir proqnozu 1,9 milyard manat və ya 51,7% az icra olunub. Bu isə o deməkdir ki, DNF valyuta satışından əldə olunan gəliri özünün Mərkəzi Bankdakı manat hesabında saxlayıb, Dövlət Xəzinədarlığının elə Mərkəzi Bankda olan manat hesabına köçürməyib. Xatırladım ki, həmin vəsaitin istər DNF, istərsə də DXA-nin hesabında olmasının Mərkəzi Bankın analitik balansı və emissiya nöqteyi nəzərdən elə bir fərqi yoxdur, hökümət qarşısında öhdəliklər komponenti kimi, “Mərkəzi Bankın pulu” qrupu altında eyni statusa malikdirlər». Bizimyol.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qulu İbrahimli sosial şəbəkədəki hesabında yazdığı şərhdə qeyd edib.  
Ekspertin qənaətincə, sadəcə Maliyyə Nazirliyi böyük məbləğdə büdcə profisiti yaratmamaq üçün həmin vəsaitlər büdcə mədaxilinə salınmayıb. «Burdan da görünür ki, dövlət büdcəsinin DNF üzrə gəlir proqnozu faktiki icra olunub, kəsir formal xarakter daşıyır. İlk baxışdan görünür ki, inflyasiyanın qarşısını almaq məqsədilə, gəlirlərə aid edilməyib ki, xərclənməsi mümkün olmasın. Amma gələcək aylarda dövlətin xarici borcuna xidmət məqsədilə valyuta alışı üçün nəzərdə də tutula bilər».
Y.İbrahimli bildirib ki, Mərkəzi Bankın xalis valyuta aktivlərinin artmadığı halda, Dövlət Neft Fondunun və Dövlət Xəzinədarlığının Mərkəzi Bankdakı manat hesablarındakı vəsaitin həcminin artması, manatın ucuzlaşmasını labüd edir. Onun fikrincə, mövcud məzənnə siyasətini MB-ın balansının vəziyyətinə görə dəyərləndirmək lazımdır.
«Burdan da görünür ki, manatın məzənnəsini qorumaq məqsədilə, Neft Fondunun xaricdəki valyuta aktivlərindən müəyyən hissənin ölkəyə gətirib satışa çıxardılması təklifinin elmi və təcrübi əsası yoxdur, onun həyata keçməsi manata əlavə təzyiq yaradar. Neft Fondu dövlət büdcəsində nəzərdə tutulan transfert həcmində satdığı valyutadan əldə etdiyi gəliri heç dövlət büdcəsinə köçürə bilməməsi də bunu sübut edir».
Ekspert vurğulayıb ki, yeyd edilənlərdən də görünür, manatın kəskin ucuzlaşmasının neftin qiymətinin aşağı düşməsi ilə əlaqəsi azdır. «Bu gün neft 100 dollar da olsaydı, eyni problemlər olacaqdı. Ölkənin maliyyə-bank sistemində yaranmış böhran vəziyyəti Beynəlxalq Bankın problemli aktivlərinin sağlamlaşdırmaq məqsədilə Mərkəzi Bankın ona vəsait ayırması, habelə Dövlət Neft Şirkətinin Neft-Kimya Kompleksi layihəsinə kredit ayırması ilə bilavasitə bağlıdır. Nəticədə Mərkəzi Bankın balans vəziyyəti pisləşmişdir. Həm də bu tədbirlər Mərkəzi Bank haqqında qanuna ziddir»-deyə Qulu İbrahimli vurğulayıb.
Bizimyol.info

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Neft ixrac edən Norveçin dövlət büdcəsində kəsir yaranıb

%d bloqqer bunu bəyənir: