Loading...
Loading...
polat.jpg

Necati Şaşmaz İstanbulda ifadə verib

Türkiyədə “Kurtlar Vadisi” serialı ilə məşhurlaşan Necati Şaşmaz İstanbul Ədliyyə Sarayında ifadə verib.

“Report”un məlumatına görə, Polat Alemdar rolunun ifaçısı serialı ərsəyə gətirən “Pana Film”in “Kurtlar Vadisi Darbe” markasının patent hüququnu əldə etmək üçün etdiyi müraciət nəticəsində aparılan araşdırma çərivəsində istintaqa cəlb olunub.

Araşdırmanın başlanmasına səbəb iyulun 15-də Türkiyədə Fətullahcı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdindən iki ay əvvəl sözügedən marka üçün müraciətin olunmasıdır.

Qeyd edək ki, Türkiyə Patent İnstitutu marka üçün müraciətin dövlər çevrilişinə cəhddən əvvəl olduğunu nəzərə alaraq mövzu ilə bağlı şübhələndiyini bildirib və prokurorluğa müraciət edib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Rusiya hücum etməyəcək – Putin təsdiqlədi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: