Loading...
Loading...

N!DA-çı gənclərə qarşı mənəvi təzyiq edildiyi deyilir

Mayın 11-də tutulmuş NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovla siyasi fəal Qiyasəddin İbrahim hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır.

Bu haqda AzadlıqRadiosuna gənclərin vəkili Elçin Sadıqov məlumat verib.

Elçin Sadıqovun sözlərinə görə, mayın 12-də Nərimanov polis idarəsinə getsə də, ona gənclərlə görüşməyə imkan verilməyib:

«Onları müvəqqəti saxlama yerinin həyətini süpürməyə məcbur edirdilər. Mən buna etiraz edəndə məni oradan çıxartdılar. Üzlərindən görünürdü ki, onları çox qorxudurlar».

«EHTİMAL Kİ, NAROTİK İTTİHAMIDIR»

Elçin Sadıqov deyir ki, hər iki gəncin ləyaqətinin alçaldılması ilə bağlı rəftar, çox güman ki, saxlama yerindəki kameralara da düşüb.

Vəkilin sözlərinə görə, gənclərə hansı ittihamın irəli sürülməsi haqda ona heç bir məlumat verilməyib: «Ancaq ehtimal var ki, narkotiklə bağlı ittihamdır».

Vəkil onu da deyib ki, Bayram Məmmədovla Qiyasəddin İbrahimin Heydər Əliyevin heykəlinə yazılmış şüarlara görə saxlanması ehtimal olunur. NİDA Vətəndaş Hərəkatı da bildirib ki, hər iki gənc mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə etirazçı şüarlar yazdıqlarına görə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, məsələ araşdırılandan sonra gün ərzində məlumat veriləcək.

Vəkil Elçin Sadıqov məsələnin araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Aİ-dən Ermənistana “nüvə silahı müqaviləsi” xatırlatması

%d bloqqer bunu bəyənir: