Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
sille

Nazirliklə qəzet arasındakı qalmaqalın sirri

“Respublika” qəzeti ilə Təhsil Nazirliyi arasındakı qalmaqalla bağlı 24saat.org-a maraqlı məlumat daxil olub. Əvvəlcə qeyd edək ki, qalmaqalın səbəbi adıçəkilən rəsmi qəzetin bu günkü sayında təhsil naziri Mikayıl Cabbarovun imzası ilə dərc olunmuş geniş məqalədir. Nomenklatur üslubda yazılan məqalə “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı adlanır”. Mikayıl Cabbarovu isə məqalədən imtina edib. Təhsil Nazirliyinin mətbuat xidməti açıqlama yayıb ki, məqalənin Mikayıla Cbbarova dəxli yoxdur: “Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”.

Təhsil Nazirliyinin açıqlamasında belə anlaşılır ki, Mikayıl Cabbarovun adından dərc edilən məqalə “Respublika” qəzetinin özfəaliyyətidir. Lakin qəzetin baş redaktoru Teymur Əhmədov qaynarinfo.az-a açıqlamasında bildirib ki, məqalə Təhsil Nazirliyindən göndərilib: “Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq. Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. Bu güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir nazirliyin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq”.

24saat.org-a daxil olan məlumatda da deyilir ki, bu məqalə həqiqətən də Təhsil Nazirliyindən “Respublika” qəzetinin redaksiyasına göndərilib. Sadəcə məsələ nazirliyin mətbuat xidməti ilə koordinasiya olunmayıb. Bildirilir ki, bu məsələlərlə əsasən mətbuat xidməti məşğul olub. Bu dəfə isə nazirliyin məsul işçilərindən biri, bəzi iddialara görə aparat rəhbəri mətbuat xidməti ilə məsləhətləşmə aparmadan məqaləni “Respublika” qəzetinə göndərib. Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehli bu özfəaliyyətdən hiddətlənərək baş verənlər barədə nazirə məruzə edib. O, həmçinin məqalənin bayağı üslubda hazırlanmasını diqqətə çatdırıb. Bundan sonra məqalənin Mikayıl Cabbarova aid olmadığı barədə açıqlama yayılması qərara alınıb.

Məlumatda deyilir ki, başqa bir səbəb isə məqalənin məhz “Respublika” qəzetinə göndərilməsi olub.Nazirlər Kabinetinin təsisçiliyi ilə yaranan bu qəzetin Prezident Administrasiyasında qəbul olunmadığı sirr deyil. Bunun kökündə Teymur Əhmədovun digər rəsmi qəzetlərin baş redaktorlarından fərqli olaraq özünü bir qədər müstəqil aparmasıdır. Bir çox məmurlar hədəfə gələcəklərindən ehtiyat edərək bu qəzetdə imzalarının görünməsinə o qədər də həvəs göstərmirlər.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Yevda Abramov: “İstəmədim ki, evimi çəkib yaysınlar və mən də biabır olum”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: