“Nazirlikdən 2 yaşlı uşağın ölümü ilə bağlı – AÇIQLAMA


Səhiyyə Nazirliyi “Oksigen” klinikasında 2 yaşlı Məhəmməd Həsənlinin ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün ya mərhumun qohumları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə müraciət etməlidir. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qeyd edək ki, azyaşlının dünən “Oksigen” klinikasında cərrahiyə əməliyyatı zamanı öldüyü deyilir.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Binəqədi yanğın işi: “MTN əməkdaşlarına 50 min verildi”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: