Nazirlikdə yoxlamalar – Polkovnik və polkovnik-leytenant işdən çıxarıldı

2 saylı İstintaq təcridxanasının rəisi, ədliyyə polkovniki Şakir Bayramov və 4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Emin İslamov tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

24saat.org-un Qafqazinfo-ya istinadən məlumatına görə, təsdiq olunmuş rüblük iş planları əsasında cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında məhkum və həbs edilmiş şəxslərin maddi-məişət şəraiti, təhlükəsizliyinin təmin olunması, qanunla nəzərdə tutulan hüquqlarının qorunması, asudə vaxtlarının səmərəliliyi, ictimai-faydalı əməklə məşğul olmalarının təşkili və sair hallarla bağlı vəziyyətin bir qayda olaraq yoxlanılmasına, eləcə də aşkar edilmiş nöqsanları doğuran səbəb və şəraitin aradan qaldırılmasına yönələn zəruri tədbirlər görülür.

Bu ilin ikinci rübü üzrə nəzərdə tutulmuş iş planına uyğun olaraq 2 saylı İstintaq təcridxanasında və 4 saylı cəzaçəkmə müəssisəsində aparılmış yoxlama nəticəsində aşkar olunmuş bir sıra nöqsanlar Penitensiar xidmətin Baş İdarəsində müzakirə edilib.

Xidmətdən bildiriblər ki, digər bəzi əməkdaşlar barədə isə müxtəlif tənbeh tədbirləri tətbiq edilib.

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

Sabah Bakıda 26 dərəcə isti olacaq

%d bloqqer bunu bəyənir: