Nazirlikdə yeni şöbə yaradıldı


Maliyyə Nazirliyinin (MN) Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin bazasında yeni şöbə yaradılıb.
Söhbət Maliyyə xidmətləri üzrə siyasət şöbəsindən gedir.

Əvvəlki şöbəyə rəhbərlik edən Ziyəddin Allahverdiyev yeni şöbənin müdiri təyin edilib.

Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəllərində itirib. Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və MN yanında Dövlət Sığorta Nəzarət Xidməti ləğv edilərək onun səlahiyyətləri yeni quruma verilib.(report)

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Deputatlar Belçikaya gedir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: