Loading...
Loading...

Nazirlik xalq artistinə şiddətli töhmət verdi

Azərbaycan Dövlət Rəqs Ansabmlının bədii rəhbəri, xalq artisti Afaq Məlikovaya şiddətli töhmət verilib.

Milli.Az xəbər verir ki, Day.Az Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, bu barədə qərar Mədəniyyət və Turizm Nazirliyində qəbul edilib.

Qeyd edilir ki, Dövlət Rəqs Ansablı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici ölkələrdə təşkil edilən mədəniyyət günlərinin, dövlət səviyyəsində müxtəlif beynəlxalq festival və tədbirlərin aparıcı iştirakçılarından biridir.

Lakin son zamanlar Dövlət Rəqs Ansablının repertuarının yenilənməsində yüksək dərəcəli baletmeysterlərin çatışmazlığı ilə bağlı bəzi çətinliklər yaranıb ki, bunun da nəticəsində ansablın repertuarında sistematik təkrarçılıq müşahidə edilir.

Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin noyabrında ansablla işləmək üçün Rusiyanın xalq artisti, professor Dikalu Muzakayev dəvət edilib. Lakin baletmeystrin peşəkar səviyyədə həyata keçirdiyi işlərə baxmayaraq, rəqqaslar tərəfindən intizamın pozulması halları qeydə alınıb.

Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Dövlət Filarmoniyası tərəfindən ansablın rəhbərliyinə dəfələlə şifahi xəbərdarlıq edilib. Çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ansablının bədii rəhbəri Afaq Məlikova məşqlər zamanı pozuntuların aradan qaldırılması üçün heç bir tədbir görməyib və rəqqaslar məşqlərə məsuliyyətsiz yanaşmaqda, onların gedişini pozmaqda, intizam qaydalarına riayət etməməkdə davam edib.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, nazirlik tərəfindən verilən əmrə əsasən, Dövlət Rəqs Ansablının bədii rəhbəri Afaq Məlikovaya son dəfə xəbərdarlıq olunub və ona şiddətli töhmət verilib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

DİQQƏT! Su olmayacaq

%d bloqqer bunu bəyənir: