Now Reading:
Nazirlik qaraciyər xəstəsinin müalicəsində problem görmür
Full Article 50 second read

Nazirlik qaraciyər xəstəsinin müalicəsində problem görmür



 

“Nahidə Həmzəyevaya müalicə üçün bir neçə müəssisə təklif edilib”

Dünən qaraciyər serrozundan əziyyət çəkən Nahidə Həmzəyeva adlı gənc bir xanımın Səhiyyə Nazirliyi qarşısında təkbaşına etiraz aksiya keçirdiyindən, müalicəsi üçün nazirlikdən yardım almağa çalışdığından bəhs etmişdik. ( Gənc xanım SƏHİYYƏ NAZİRLİYİNİN qarşısında üsyan etdi – NAZİRLİK İŞÇİLƏRİ GÜLDÜ (Video)  )

Bu gün N.Həmzəyevə ilə bağlı məsələyə aydınlıq gətirmək üçün 24saat.org olaraq Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirildi ki,  N.Həmzəyeva nazirlik nümayəndəsi tərəfindən qəbul edilib və ona müvafiq köməklik təklif olunub:

“N.Həmzəyeva nazirlik nümayəndəsi tərəfindən qəbul edilib və dinlənilib, daha sonra ona müalicəsini davam etdirmək üçün bir neçə müəssisə təklif edilib. Ona bildirilib ki, bu müəssisələrdən istənilən birində müalicə ala bilər. N.Həmzəyevanın bu təklifi qəbul edib-etmədiyi bizə bəlli deyil. Əgər müalicə almaqla bağlı qərar verərsə, o zaman bu müssisələrin birində müalicə ala bilər”.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: