Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tn2

Nazirlik özəl provayderlərə niyə “YOX” cavabı verir

Azərbaycanda özəl internet provayderləri ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında problem yaranıb.

Provayderlər Bakıda və regionda zəif internet problemini həll etmək üçün müxtəlif yerlərə fiberoptik internet çəkməyə qərar verib. Təxminən 1 ilə yaxın müddətdir ki, prosesə başlayan şirkətlər ciddi problemlərlə qarşılaşıb. Belə ki, özəl provayderlər fiberoptik xəttin çəkilməsi zamanı lazım olan və dövlətə məxsus yeraltı kabel sistemindən istifadə etmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon İstehsalat Birliyinə müraciət edib. Ancaq şirkətlər birmənalı olaraq rədd cavabı alıblar. Nazirlik rədd cavabının verilməsini bu kabel kanal sistemindən istifadə ilə bağlı yeni standart və qaydaların hazırlanmasıyla “əsaslandırıb”.

Provayder sahiblərinə bildirilib ki, kabel kanal sistemi qaydaya salınır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz faktı təsdiqləyib. O, provayderlərin belə bir problemlə qarşılaşdığını və bunu tez bir zamanda həll edilməli olduğunu deyib: “Ölkədə zəif internet problemi artıq illərdir ki, var. Provayderlər bunun həlli yolu kimi fiberoptik internet çəkmək istəyir. Lakin bunun üçün dövlətə məxsus kabel sistemindən istifadə olunmalıdır. Özəl provayder təkbaşına fiberoptik internet çəkə bilmir. Aidiyyəti qurumlar keyfiyyətli fiberoptik internetin çəkilməsi üçün zəruri olan bu kabel kanal sistemindən istifadəni qaydaya salmalıdır. Bunun hamı tərəfindən istifadəsinə imkan verən qaydalar yaradılmalıdır”.
O. Gündüzün sözlərinə görə, sözügedən kabel sistemindən istifadə ilə bağlı qaydaların hazırlanması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılmamalıdır: “Hesab edirəm ki, bu standart və qaydaları nazirlik hazırlamamalıdır. Çünki Rabitə və Yüksək Texnologiyalar nazirliyi özü bazarda internet xidməti göstərir. Ona görə də istənilən halda bu bazarda maraqlı qurumdur. Bu baxımdan düşünürəm ki, qaydaları digər müstəqil qurumun hazırlaması doğru olardı”. (BakiPost.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Yağmursuz hava davam edəcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: