Now Reading:
Nazirlik istilərin nə vaxta qədər davam edəcəyini açıqladı
Full Article 40 second read

Nazirlik istilərin nə vaxta qədər davam edəcəyini açıqladı



Ölkə ərazisində isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti müşahidə olunacaq: “İsti hava şəraiti ilə bağlı xəbərdarlığımız qüvvədədir”.

G.Məmmədova qeyd edib ki, hava şəraitinin isti keçməsi avqust ayı üçün xarakterikdir: “Yaxın 2-3 gün ərzində isti və sabit hava şəraitinin davam edəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir”.

Qeyd edək ki, son günlər ölkə ərazisində havanın temperaturu 40 dərəcəni keçib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: