Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nazirlik bəzi dərman şirkətlərinə xəbərdarlıq etdi

Aparılan araşdırmalar nəticəsində son on gün ərzində 110 addan çox dərman vasitəsinin ölkəyə idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqların olduğu aşkar edilib.

“Report”un məlumatına görə, bu barədə Analitik Ekspertiza Mərkəzində keçirilən iclas zamanı bildirilib.

İclasda qeyd olunub ki, sözügedən nöqsanlar əsasən dərman vasitəsinin qablaşdırmasının dövlət qeydiyyatından keçən formaya, içlik vərəqəsinin isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi formaya uyğunsuzluğu, bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil, digər dillərdə olması ilə əlaqədar olub.

İclasda Mərkəzin direktoru Murad Süleymanov deyib ki, qurum tərəfindən qanunvericiliyə görə, içlik vərəqəsində göstərilməli olan məlumatların ardıcıllığı nəzərə alınaraq içlik vərəqəsinin nümunəsinin hazırlandığını və iyunun 13-dən istifadəyə verildiyini, həmçinin müzakirə olunan məsələlərlə bağlı şirkətlərə xəbərdarlıq məktubu göndərilib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Evində əxlaqsızlıq yuvası açan Maral: “Evimi günlük 20 manata …” -VİDEO

%d bloqqer bunu bəyənir: