Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nazirin qohumu Ağdaş kəndlərinə zülm edir – Özəl

Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun qohumu Tofiq İbrahimov Ağdaş camaatının problemləri ilə maraqlanmır.

24saat.org-a şikayət məktubu yazan rayonun Ağcaqovaq, Ərəbşəki, Eymur kəndləri yol problemindən gileylənir. Hazırda Ağdaş rayon icra hakimiyyətinin başçısı olan T.İbrahimovun başının Qəbələdə və Ağdaşda qurduğu biznes obyektlərinə qarışdığı deyilir. Həmin kəndlərə gedən yolun tamamilə bərbad olması sakinləri ətrafla əlaqədən təcrid edib. Üstəlik qazın olmaması, elektrik dirəklərinin yararsız olması, kəndə avtobus marşrutunun olmaması vəziyyəti daha da ağırlaşdırır. Sakinlərin sözlərinə görə, bu üç kənddə bir neçə nəfərin istifadəsində olan kompüterlərdən internetə çıxış üçün istifadə etmək mümkün deyil. Azərbaycanda fəaliyyət göstərən üç mobil operatorun heç birinin datakartı işləmir. Qeyd edək ki, adıçəkilən kəndlər rayon mərkəzindən 35 km, Ağdaş-Yevlax magistralından isə 5 km məsafədə yerləşir. Əldə etdiyimiz məlumatda deyilir ki, daha əvvəl Lənkəranın da icra başçısı olmuş Tofiq İbrahimov Qəbələ rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində çalışdığı müddətdə də özünə aid obyektləri icarəyə verib. Başçı bu obyektləri ən yaxın qohumlarına icarəyə verib. Hazırda həmin obyektləri istifadə etməyən, sabiq başçının qohumları, buraları başqalarına icarəyə veriblər. Hər bir obyekt min manata (1000) manata icarədarlara icarəyə verilib.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Nazirlikdə yoxlamalar – Polkovnik və polkovnik-leytenant işdən çıxarıldı

%d bloqqer bunu bəyənir: