Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
s%c9%99lim-muslumov-1

Nazirin gizlətməyə çalışdığı “paket” maaşlar necə ifşa olur?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır. 

Mətbuatda yazılanlardan da aydın olur ki, orada qurulmuş sistemi əsasən nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi “kassada”, yaxud oğru dünyasında olduğu kimi “obşak”da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı.

Nazir Əli Abbasovun aylıq “paketi” 200-300 min manat, nazir müavinlərinin “paketi” isə 30 min manat və daha çox olub.

Əslində burada heç bir yenilik yoxdur: məsələ burasındadır ki, hökumıt qurumlarında “paket” maaşların tüğyan etdiyini müstəqil media və ekspertlər uzun illərdir dilə gətirirdilər. Amma rəsmilər hər kəsə məlum olan həqiqəti inadla təkzib edir, dövlət qurumlarını bu məsələdə “sudan quru çıxarmağa” çalışırdılar.

Məsələn, hazırki əmək və əhalinin sosial müdafisəi naziri Səlim Müslümov hələ 2010-cu ildə – Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən demişdi ki, prezidentin qeyd etdiyi “ikili mühasibatlıq” problemi dövlət idarələrində deyil, özəl sektorda vardır. Bununla da, Müslümov nazirliklərdə, dövlət komitələrində və digər rəsmi qurumlarda “paket” maaşı – yəni “ikili mühasibatlığı” gizlətməyə çalışmışdı. Sitat: “Hazırda dövlət sektorunda qeyri-leqal əməkhaqqı problemi yoxdur. Lakin özəl müəssisələrdə belə bir problemin olmadığını söyləmək mümkün deyil…”

Nəticə isə ortadadır: Müslümovun yalanladığı dövlət qurumlarında “paket” maaş problemi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin timsalında son vaxtlaradək davam edirmiş, yəqin ki, heç indi də aradan qalxmayıb, ən əsası isə, digər nazirliklər, dövlət komitələri, başqa rəsmi qurumlar da bu məsələdə istisna deyillər.

Bu faktı qabartmaqda xüsusi məqsədimiz yoxdur, sadəcə, onu nəzərə çatdırmaq istədik ki, hökumət rəsmiləri hər kəsə gün kimi aydın olan reallıqları əziyyət çəkib malalamağa çalışmasınlar, bəlkə bu dediklərinə kimlərisə inandırırlar, amma əsl həqiqət onsuz da gec-tez gün işığına çıxır. Pis vəziyyətdə qalan isə özləri olurlar…(Qaynarinfo.az)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Nazir generalı təqaüdə göndərdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: