Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bak

Nazirdən və “Bakinternet” rəhbərindən xalqa şok xəyanət

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Bakinternet” rəhbərliyi prezidentə qarşı sabotajla məşğuldur

Yeni nazir Ramin Quluzadə və “Bakinternet” rəhbəri dövlət başçısı İlham Əliyevin daxili siyasi kursuna zidd getməkdədir.

Politika.Az-a şikayət edən abunəçilərin sözlərinə görə, yeni qərar tamamilə qanunsuzdur. Onlar bildirirlər ki, ayın 6-dək internet xidməti borcu ödənməyən müştərinin interneti kəsilir. Dünyanın heç bir ölkəsində və Azərbaycanda belə bir misli görünməmiş özbaşınalıq olmayıb.

Vətəndaşlar qaz, su, işıq və digər kommunal borcları ay ərzində istədiyi gün ödəniş edə bilir. Əgər vətəndaş gecikdirirsə, o halda kommunikasiya kəsilə bilər. Ramin Quluzadə və “Bakinternet” rəhbəri isə heç bir əsası olmadan vətəndaşlara ayın 6-dək möhlət qoyur.

Bu biabırçılıqdır və qanunsuzluq, dərəbəylikdir. Hansı əsasla vətəndaşın internet xətti 6-dən sonrakı tarixdə kəsilir? Abunəçi ay ərzində istədiyi zaman ödəniş etmək hüququna malikdir. Necə ki dünənə qədər belə olub.

Yeni nazir isə Əli Abbasovun etmədiyi qanunsuzluu etməkdədir. Bu birbaşa İlham Əliyevə qarşı təxribatdır.

Abunəçilər hesab edirlər ki, prezident dərhal bununla bağlı ölçü götürməlidir. Heç bir nazirlik vətəndaşına başına belə oyun açmır. Üstəlik, ödəniş etdikdən uzun müddət sonra internet xidməti bərpa olunur.

MTN işinə görə vəzifəsindən azad olunmuş Ə.Abbasovun dövründə insafən, belə qanunsuz qərar verilməmişdi. Hətta MTN bandasındakı quldurlar və vergi müfəttişləri insanlara qarşı bu formada özbaşınalıq etməyib.

Politika.Az-a verilən xəbərdə deyilir ki, iqtisadi böhranın ağırlaşdığı və xalqın maddi vəziyyətinin getdikcə pisləşdiyi zamanda verilən bu qərar birbaşa prezident İlham Əliyevə, Prezident Administrasiyasının siyasu kursuna, xalqa və dövlətə qarşı addımdır.

Nə Azərsu, nə Azəriqaz, nə Azərişıq və digər kommunal sahələrdə vətəndaşın qarşısında öhdəlik qoyulmayıb ki, ayın 6-dək borc ödənilməlidir. R.Quluzadə və “Bakinternet” rəhbəri isə hansı qanuna istinad edib anlaşılan deyil.

Nazir və internet xidməti rəhbərliyi abunəçilərin hazırkı durumunu nəzərə almaq, qiymətləri ucuzlaşdırmaq əvəzinə, (çünki dünyanın hər yerində itnernet inkişaf edir, ucuzlaşır) soyğunçuluqla məşğuldur.

Abunəçi ay ərzində istədiyi zaman ödəniş etmək hüququ var. Nazirliyin mətbuat xidməti təcili şəkildə izah verməlidir. Həmin tarixdə vətəndaşın pulu olmaya bilər, əmək haqqı almaya bilər. Bu nə rüsvayçılıqdır? Prezidentin insanların şəraitinin yaxşılaşması və problemlərin yüngülləşməsi üçün tapşırıqlar verir, R.Quluzadə və ətrafı isə dövlət başçısına qarşı işləyir, xalqı narazı salır. Mövzunu davam etdirəcəyik.

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Türkiyə goranboylu qızı axtarır: -Toy günü qaçdı+Fotolar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: