24 saat

Nazir yeni rəis təyin etdi


Vergilər Nazirliyində kadr və struktur dəyişikliyi aparılıb.

APA xəbər verir ki, qurumun Hüquq baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə vəzifəsindən azad olunaraq yeni yaradılan Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi təyin olunub. Hüquq baş idarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Bundan başqa, Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin adı dəyişərək Ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi adlanıb. Baş idarənin rəisi Elçin Bəylərovdur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: