Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nazir və icra başçılarının “əcnəbi investor” kələyi

Məmurlar xaricdəki şirkətlərini “kənar investor” adı ilə Azərbaycana gətirir

Məlum olduğu kimi, bu günlərdə prezident İlham Əliyev icra başçıları qarşısında yeni tələblə çıxış edib. Ölkə başçısı icra başçılarını xarici investorlarla əlaqə yaratmağa, onları rəhbəri olduqları rayonlara investisiya qoymağa həvəsləndirməyə çağırıb.

Özəl mənbədən 24saat.ORG-a daxil olan məlumata görə, ölkə başçısının bu tələbi icra başçıları, eləcə də bəzi nazir və nazir müavinlərini hərəkətə gətirib. Belə ki, sözügedən məmurların bir qismi yaranmış situasiyadan istifadə edərək xarici dövlətlərdə müxtəlif şəxslərin adına səndələşdirdikləri firma və şirkətləri Azərbaycana gətirmək niyyətindədir. İcra başçıları hesab edir ki, onlar bununla iki müxtəlif məqsədə nail olacaqlar. Birincisi, bu şirkətləri və onların başında duran formal adamları xarici investor kimi təqdim etməklə ölkə başçısının göstərişini yerinə yetirdiklərini nümayiş etdirəcək, prezident yanında etimadlarını möhkəmləndirəcək, ikincisi, həmin şirkətlər vasitəsi ilə daha çox gəlir əldə edəcəklər.

Bilgili qaynağın sözlərinə görə, bəzi nazir və nazir müavinləri də yaranmış fürsəti maksimum dəyərləndirmək üçün özlərinə yaxın icra başçıları ilə bu yöndə müəyyən məsləhətləşmələr aparmaqda, planlar cızmaqdadır.

Təbii, xarici investor adı ilə ölkəyə gətirilən bu şirkətlərə ən ideal şərait yaradılacaq ki, bu da məmurlara daha çox qazanmaq imkanı verəcək. Məmurların “əcnəbi investor” kələyinin sadə vətəndaşlara nə qazandırıb-qazandırmayacağını isə zaman göstərəcək.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tağı Əhmədov müstəntiqə necə “atıb”?

%d bloqqer bunu bəyənir: