Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
agsu

Nazir və başçı Ağsunu xəstəlikdən qırır – ürəkparçalayan fakt

Ağsunun Qəşəd, Bico kənd sakinləri baxımsızlıqdan çətin duruma düşüb.

24saat.org-a şikayət edən sakinlər soyuqların düşməsi ilə əlaqədar əhali arasında yayılan xəstəliyə əlac tapa bilmirlər.
Sakinlərin, xüsusən uşaqların müayinə və müalicəsi üçün 25-30 kilometr yolsuzluq şəraitində məsafə qət edib Ağsu rayon mərkəzinə getmək məcburiyyətində qalırlar.
Bu həm çox baha başa gəlir, həm də xəstənin vaxtında xəstəxanaya çatdırılmasına maneədir. Kəndlərdə həkim məntəqəsi var. Lakin çox uzaq olduğu üçün getmək mümkün deyil.
Üstəlik, heç bir şərait olmadığına görə həkimlər də ora gəlmirlər. Sakinlər bu məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinə və Səhiyyə Nazirliyinə müraciətlər etsələr də, problem həllini tapmayıb.
Onların dediyinə görə, nə rayon icra başçısı Ənvər Seyidəliyev, nə də səhiyyə naziri Oqtay Şirəliyev kənd camaatı ilə maraqlanır.
Bundan başqa, Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlarla bağlı şikayətlər daxil olub. Ağsu rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatda olan xəstələrə ayrılmış pulsuz dərmanlar niyə əhaliyə verilmədiyi açıqlanmır.
Çünki həmin pulsuz dərmanları rayonun bütün apteklərində satışda tapmaq mümkündür. Bu dərmanların rayona daxil olandan sonra apteklərə paylanılır və xəstəxanaya gələn xəstəyədə dərmanın olmadığı bildirilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Beyləqanda yeni ünvanlı yardım hoqqası – Şikayət

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: