Loading...
Loading...

Nazir Salyandakı doğuş faciəsini nəzarətə götürdü

Salyanda doğulan üçəmlərdən sağ qalanı və eləcə də iki körpənin ölməsi ilə bağlı məsələ səhiyyə nazirinin tam nəzarəti altındadır.

Bunu Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, Respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

O qeyd edib ki, hazırda körpənin vəziyyəti stabil-ağırdır: “Körpədə stabilləşmə gedir. Artıq suni havalandırma aparatından ayrılıb. SİPAP rejiminə keçirilib. Körpənin sağ qalması üçün əlimizdən gələni edirik. Körpə eyni zamanda Səhiyyə Nazirliyinin rəhbərinin nəzarəti altındadır”.

Qeyd edək ki, iyunun 20-də Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb. Körpələrin xəstəxanada işığın sönməsi nəticəsində öldüyü bildirilir.(azvision.az)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Günəşli“də həlak olan neftçilərin ailələrinə sığorta ödənilib

%d bloqqer bunu bəyənir: