Loading...
Loading...

Nazir: “Qeyri-neft sektorundan vergi daxilolmaları artıb”

“2015-ci il ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 7 milyard 118,2 milyon manat, o cümlədən neft sektorundan daxilolma 2 milyard 89,9 milyon manat (29,4%), qeyri-neft sektorundan daxilolma 5 milyard 28,3 milyon manat (70,6%) təşkil edib”.

24saat.org xəbər verir ki, bu barədə Vergilər Nazirliyində təşkil edilmiş kollegiya iclasında çıxışı zamanı vergilər naziri Fazil Məmmədov deyib.
“2016-cı ilin ilk yarımilliyi ərzində bu göstəricilər müvafiq olaraq 3 milyard 190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2 milyard 495,4 milyon manat (78,2%) təşkil edib ki, bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7% artdığını göstərir”, – deyə nazir bəyan edib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dollar həftəyə rekord həddlə başladı

%d bloqqer bunu bəyənir: