Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eesmf

Nazir pensiyalardan danışdı

“Pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. Eyni zamanda, son on ildə sosial müavinətlərin orta aylıq məbləğində 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən prezident təqaüdlərinin məbləğində iki dəfədən çox artım qeydə alınıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə keçirilən konsertdə çıxış edən nazir bildirib ki, əlilliyi olan şəxslərin bir hissəsi də müharibə əlilləridir: “Bu vaxta qədər nazirlik tərəfindən 5500 nəfərə yaxın şəxs mənzillə təmin edilib ki, onlardan 4,1 min nəfəri müharibə əlilləri, habelə gözdən əlillər olub.
Eləcə də ötən dövrdə nazirliyin xətti ilə 5,9 min nəfərə qədər müharibə əlili və onlara bərabər tutulan şəxsin avtomobillə təminatı həyata keçirilib”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Nazir: Pensiyalar gələn ilin əvvəlindən indeksləşdiriləcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: