Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
65b842123e26f611e49c29f020b228041480068879

Nazir müavinindən Vitali Rəhimovla bağlı qalmaqala REAKSİYA

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən yunan-Roma güləşçisi Vitali Rəhimovla bağlı yaranmış qalmaqala aydınlıq gətirib.

Nazir müavini deyib ki, Vitali Rəhimov heç bir formada medalı geri qaytarmaqdan imtina edə bilməz:

“Bu mümkün deyil. Çünki qərar qəbul edilirsə , hansı yolla olursa-olsun medal geri qaytarılır. Əgər o ad və medal geri alınırsa, başqa çıxış yolu yoxdur. Vitali Rəhimov bu gün idmançı kimi məşq etmir. O yalnız məşqçi işləyə bilər”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi V. Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

V.Rəhimov isə qazandığı Olimpiya medalını geri vermək niyyətində olmadığını bildirib.(Modern.az)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

”Yüksək rütbəli polislər məni ayağımdan güllələdilər”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: