Loading...
Loading...

Nazir müavinin əmisi niyə təltif edilməyib?

Memarlıq və Inşaat Universitetinin Fizika kafedrasının müdiri barədə ilginc məlumatlar

Memarlıq və Inşaat Universiteti ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, universitetinin Fizika kafedrasının müdiri Tahir Pənahovdan ciddi narazılıq olsa da, ali təhsil ocağının rəhbərliyi onun əməllərilə bağlı hər hansı tədbir görmür. Bunun səbəbi isə Tahir Pənahovun nəqliyyat nazirinin müavini Musa Pənahovun əmisi olması ilə bağlıdır.

Musa Pənahov isə Memarlıq və Inşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın qudasıdır. Məlumatda deyilir ki, 7 il əvvəl də Tahir Pənahovla bağlı universitetdə sözün əsl mənasında qiyam baş verib. Universitetinin müəllimləri Tahir Pənahovun işdən çıxarılmasını tələb ediblər. Lakin Gülçöhrə Məmmədovda müəllimlərin etirazlarına əhəmiyyət verməyib. Bildirilir ki, müəllimlər Tahir Pənahov barədə həm universitet rəhbərliyinə, həm də Prezident Administrasiyasına qalmaqalı müraciət ünvanlayıblar. Bəzi məlumatlara görə, bu səbəbdən ölkə başçısı Ilham Əliyevdən mükafat gözləyən Tahir Pənahov niyyətinə çatmayıb. Belə ki, ötən ay Ilham Əliyev Memarlıq və Inşaat Universitetinin yubileyi ilə bağlı 3 sərəncam imzalayıb. Bu sərəncamlardan birində universitetin bir qrup müəlliminə “Əməkdar müəllim” adı verilməsi, digərində bir qrup müəllimin “Tərəqqi” medalı ilə təltif olunması, üçüncüsündə isə Gülçöhrə Məmmədovaya prezidentin fəxri diplom verilməsi nəzərdə tutulur. Bildirilir ki, Tahir Pənahov da mükafatlandıralanlar sırasında olacağını gözləyirmiş. Lakin onun adı siyahıda olmayıb. Bəzi məlumatlara görə, Gülçöhrə Məmmədova özü məlum müraciətə görə Tahir Pənahovun adını siyahıya salmayıb. Lakin Tahir Pənahovun adının Prezident Administrasiyasında siyahıdan çıxarıldığı barədə iddialar da var.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Çay evlərinin ZAY işləri…

Loading...
%d bloqqer bunu bəyənir: