Advertisements
24 saat

Nazir işdən çıxarılan rəisə vəzifə verdi


Daxili işlər orqanlarında yeni təyinat olub.

APA xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Ayxan Bağırov Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, 2014-cü ildə Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunduqdan sonra idarənin bir qrup əməkdaşı işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad olunub. İşdən çıxarılanlar arasında Baş İdarənin Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: