Nazir həbs olundu – 2 milyon dollar rüşvət

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev həbs edilib.

Ölkə.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Aleksey Ulyukayev korrupsiyada ittiham edilərək saxlanılıb və onun haqqında həbs qətimkan tədbiri seçilib.

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, iqtisadi inkişaf naziri Ulyukayev “Başneft”in səhmlərini alması üçün “Rosneft” şirkətindən 2 milyon dollar rüşvət alıb.

Nazirin artıq həbs edilərək İstintaq Komitəsinə gətirildiyi bildirilir. Onun ifadəsi alındıqdan sonra müvəqqəti saxlama təcridxanasına yerləşdiriləcəyi deyilir.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

İranda ad günü mərasimində şərab içdiyinə görə qamçılanan gənc qız başına gələnlərdən danışıb

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: