Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nazir cəbhəboyu zonadakı tank hərbi hissəsində

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

24saat.org  Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri Zakir Həsənov Gəncə şəhərində yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda gedən tikinti işlərinin keyfiyyəti ilə maraqlanıb.

Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev müdafiə nazirini görülən işlər haqqında məlumatlandırıb.

Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan müdafiə naziri Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və avtomobil texnikalarına baxış keçirib.

Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Davudoğlu Türkiyə-Rusiya barışığında Azərbaycanın rolu haqda

%d bloqqer bunu bəyənir: