Loading...
Loading...

“Nazir baş həkimin qətlini ört-basdır edir” – SƏHİYYƏ NAZİRLİYİNİN YALANI – Tükürpədici ittiham/Fotolar

Ucarın Qazyan kənd sakini Ələkbərova Həqiqət Mikayıl qızı 24saat.org-a müraciət edib.

Onun sözlərinə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Tağızadənin səriştəsizliyi nəticəsində oğlu dünyasını dəyişib.

Rəhimin boğulmasını görüb…

“1992-ci il tarixdə anadan olmuş 24 yaşlı yeganə övladım Ələkbərov Rəhim Polad onun ucbatından öldü.

Balamın qatili olan savadsız və səriştəsiz həkim Ramil Tağızadənin törətiyi bu hadisə cinayət əməlidir ki, hazırda onun üstünü Səhiyyə Nazirliyi ört-basdır etməyə çalışırlar.

14 sentyabr 2016-cı il tarixdə gecə saatlarında yüngül soyuqlama olduğu üçün oğlum Rəhimlə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gəldik.

Orada oğlumun ağ ciyərlərini müayinə edən həkim Ramil Tağızadə bildirdi ki, ciddi heç nə yoxdur, ola bilsin bronxlarına soyuq olub, səhər gələrsiniz, analiz edib müalicə yazaram”, – deyə şikayətçi bildirib.

rahim1

M.Ələkbərova bildirib ki, səhəri gün tezdən Ucar Rayon Mərkəzi Xəstəxanasının  Təcili Yardım Şöbəsinə gedib:

“Ramil adlı həkimin tapşırığı ilə Rəhim qan analizi verdi və rentgen müayinəsi olundu. Rentgen edən həkim Ramil həkimə bildirdi ki, ciddi heç nə yoxdur bronxlarına soyuq olub.

Bundan sonra Ramil həkim kabinetindəki şkafdan bir ədəd antibiotik iynəsini götürüb Rəhimə vurdu. Qan analizinin cavabı çıxmadan müalicə resepti yazdı. Rəhimin atası dərhal gedib həmin reseptdə yazılan dərmanları alıb gətirdi.

Həmin vaxt Rəhimin dostları Orxan, İlkin, İsrayıl Elnur da ora gəldilər. Bundan sonra Rəhimə sistem qoşuldu. Həmin vaxt ilk dəfə idi ki, Rəhim intensiv öskürəyə başladı.

Həkim soruşdu ki, evdə də öskürürdü, dedim ki, yox. Sonra həkimin tapşırığı ilə tibb bacısı ikinci sistemi qoşdu. Bundan sonra öskürək artmağa başladı.

Rəhimin boğulmasını görüb ambulans maşını ilə tez reanimasiya şöbəsinə gətirdik. Orada Gülşad həkimin səylərinə baxmayaraq Rəhim dünyasını dəyişdi”.

ramil_tagizade

Ramil Tağızadə

Səhiyyə Nazirliyinin yalanı

 Gəncin anası qeyd edib ki, beş nəfərin gözünün qarşısında baş vermiş bu cinayət hadisəsinə görə səriştəsiz həkim Ramil Tağızadə məsuliyyətə cəlb edilməlidir:

“Mənim oğlum Naxçıvanda hərbi xidmət keçib, siqaret çəkməyib, spirtli içki qəbul etməyib, daima idman edib sağlam həyat tərzi sürüb.

Hətta həyətimizdə özü üçün idman alətləri olan idman etmək üçün yer düzəltmişdi. Rəhimin səhhətində heç vaxt problemi olmayıb, stasionar və ambulator müalicə edilməyib.

Əksinə, bu ilin iyul ayında Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək üçün tibbi müayinədən keçib sağlamlıq arayışı alıb. Rusiya Federasiyasında İnsituta daxil olarkən də avqust ayında növbəti dəfə tibbi müayinədən keçərək sağlamlıq arayışı alıb.

rahim2

Rahim Ələkbərov futbol meydançasında

Hər iki tibbi müayinədən tam sağlam çıxan Rəhimin yüngül soyuqdəymədən ölməsinə baiskar ancaq Ramil Tağızadənin səriştəsizliyi, savadsızlığı və səhlənkarlığı olub”.

Şikayətçi deyib ki, Səhiyyə Nazirliyi ekspertin rəyi açıqlanmadan ictimaiyyətə yalan məlumat verib:

“Guya Rəhim vərəm xəstəsi olub, 14 sentyabr 2016-cı il tarixdə gecə saatlarında ağır formada xəstəxanaya gətirilib, həkimin təkidinə baxmayaraq stasionar müalicədən imtina edib. Bütün bunlar yalandır.

rahim3

Rahim Ələkbərova verilən SAĞLAM arayışı

İlham Əliyev kimi ədalətli Prezidentimiz, Mehriban Əliyeva kimi mərhəmətli birinci xanımımız var. Allaha və Sizə ümüd edib bu şikayət ərizəmi yerində mənim və şahidlərin iştirakı ilə obyektiv araşdırıb müvafiq tədbirlər görəsiniz”.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Eks-müsavatçılar mitinqlərdən nələr yazmadı?! – Facebook reportajı

%d bloqqer bunu bəyənir: