Loading...
Loading...

Nazir Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinini işdən çıxardı

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, Ramiz Hüseynov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin verdiyi məlumata görə, Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin Qərargah rəisi vəzifəsini tutub.

Avtosfer.az xatırladır ki, Ramiz Hüseynov uzun illər DYP sistemində çalışıb. Yol hərəkəti təhlükəsizliyi və sürücülərin inzibati məsuliyyəti ilə bağlı qanunların işlənib hazırlanmasında rolu olub. DYP ilə bağlı qanunların qəbulunda yaxından iştirak edib, Milli Məclisin iclaslarında deputatların suallarını cavablandırıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Bandotdel”dən xüsusi əməliyyat – Vəzifəli şəxslərdən narkotik götürüldü

%d bloqqer bunu bəyənir: