Loading...
Loading...

Nazir: Azərbaycan hotelləri əxlaqsızlıq yuvasına çevrilməməlidir

Amma Əbülfəs Qarayev turizm mərkəzlərində nikah kağızının tələb olunmasının heç bir əsasının olmadığını bildirib.

Azərbaycan qanunvericiliyində hoteldə qalanlardan nikah kağızının tələb olunması ilə bağlı bir müddəa yoxdur.
24saat.org-un məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib.
“Mən istəməzdim ki, Azərbaycanın hotelləri əxlaqsızlıq yuvasına çevrilsin. Bu, bizim milli dəyərlərimizə uyğun deyil. Amma hesab edirəm ki, əgər kimsə pasportunu təqdim edərək hoteldə qalırsa, onun yanına gələn qonaqlarla maraqlanmağa dəyməz”, – deyə nazir qeyd edib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda hakim özünə etiraz etdi – MARAQLI

%d bloqqer bunu bəyənir: