Now Reading:
Nazarbayev Türkiyəyə gedir
Full Article 40 second read

Nazarbayev Türkiyəyə gedir



Qazaxıstan prezidenti Nursultan Nazarbayev rəsmi görüşlər üçün avqustun 5-də Ankaraya gedəcək.

24saat.org  Türkiyə mediasına istinadən xəbər verir ki, Qazaxıstan dövlət çevrilişi cəhdinin ardından Türkiyənin tələbinin əksinə, Fetullahçı Terror Təşkilatına məxsus məktəbləri bağlamayacağını bildirib.

 

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Nursultan Nazarbayevi Külliyedə rəsmi mərasimlə qarşılayacaq. Geniş tərkibdə və təkbətək keçirilən görüşlərdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı öyrənilib.

 

Ərdoğanın Qazaxıstan prezidenti Nazarbayevə Fetullahçı Terror Təşkilatına məxsus məktəbləri bağlamama qərarından duyulan narahatlığı çatdırması gözlənilir.

 

Təşkilata aid Qazax Türk liseyi adı ilə 27 ədəd məktəb olan Qazaxıstanda, təhsil və elm nazirliyi məktəblərin bağlanması tələbini rədd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: