24 saat

Nazarbayev hərracı təxirə saldı


Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət torpaqlarının hərraca çıxarılması ilə bağlı qanunun icrasını 2017-ci ilədək təxirə salıb.

Qərar iyunda qüvvəyə minməli idi.

Qeyd edək ki, bu ölkənin bir çox şəhərlərində etirazlara səbəb olmuşdu.

Nazarbayev mayın 5-də bildirib ki, qərar qüvvəyə minməzdən əvvəl parlament və xalq tərəfindən müzakirə olunmalıdır.

Amma prezident qərarın 2017-ci ildə məhz nə zaman qüvvəyə minəcəyinə aydınlıq gətirməyib.

Nazarbayev həmçinin bildirib ki, torpaq islahatlarına nəzarət üçün xüsusi hpkumət komissiyası yaradılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: