Nazarbayev Aktobe terrorundan danışdı


Qazaxıstanın Aktobe şəhərində terror törədən cinayətkarlar ölkəni münaqişə və terrorla uçuruma aparmaq niyyətində idilər.

Axar.az RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev çıxış edib.

Prezidentin sözlərinə görə, bu addım terrorçuların öz xalqına qarşı törətdiyi cinayət kimi dəyərləndirilməlidir:

“Polis və hərbçilərimizin bu çətin vəziyyətdə nümayiş etdirdikləri qəhrəmanlıq gənclərə nümunə olmalıdır.

Xatırladaq ki, iyunun 5-də Aktobedə terror aktı törədilib. Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi elan edilib.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“Əl Qaidə” rəhbəri “Taliban” liderinə sədaqət andı içdi

%d bloqqer bunu bəyənir: