Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
get_img-1

Naxçıvanda sabiq nazirin qardaşı həbs olundu

Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərinin qardaşı vergidən yayınmada ittiham olunur

Oktyabrın 12-də Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov vergidən yayınma ittihamı ilə həbs edilib.

“Turan”-ın bölgə müxbirinin məlumatına görə, Ə.Ələsgərovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ə.Ələsgərov sahibkardır. Qardaşı muxtar respublikanın MTN rəhbəri olduğu vaxtlarda onun biznesi çiçəkləmişdi.

Belə ki, o, Ordubadda broyler fabrikinə, Şərurda balıqçılıq müəssisəsinə sahib idi, iaşə obyektləri vardı.

Ələsgərov qardaşları yerli vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə qarşı sərt münasibətilə tanınırdı.

İyunun 24-də Naxçıvan Ağır Cinayətlər üzrə Hərbi Məhkəməsi V.Ələsgərovu mənimsəmə, vəzifə səlahiyyətini aşma və qanunsuz dinləmələrdə təqsirli bilərək 14 il azadlıqdan məhrum edib.

V.Ələsgərov 15 il Naxçıvan MTN-ə rəhbərlik edib. 2015-ci ilin dekabrında gözlənilmədən işdən çıxarılıb. Bundan sonra onun barəsində cinayət işi qaldırılıb.

Bir müddət həbsdə qaldıqdan sonra ev həbsinə buraxılıb. Lakin öz günahsızlığı və həbs zamanı işgəncələrə məruz qalması barədə mətbuata açıqlama verəndən sonra yenidən həbs edilib. İbtidai istintaqın yekunlarına görə,

Ələsgərova qarşı daha bir ittiham- qanunsuz dinləmə irəli sürülüb.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Bakıda yaşlı qadın ağaca şikayət etdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: