Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Naxçıvan vasitəsilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq

Yaxın gələcəkdə Naxçıvan vasitəsi ilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq.

Bunu “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında açıqlayıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2016-cı ilin 6 ayı ərzində dəmir yolunda sağlamlaşdırma işləri aparılaraq qatarların hərəkətinin təhlükəsizliyi təmin edildiyini nəzərə çatdıran M. Əliyev deyib ki, Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsi üzrə ilkin layihələndirmə işləri həyata keçirilib. Cari il mart ayının 3-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə İran Dəmir Yollarının idarə heyəti arasında Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılaraq müvafiq razılaşma əldə olunub. Növbəti mərhələdə isə istismara buraxılacaq bu dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dəmir yolunun iqtisadi potensialını xeyli artıracaq: “Bunlarla yanaşı, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir”. (APA)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

MİT SOCAR-ın törəməsində əməliyyata BAŞLADI

%d bloqqer bunu bəyənir: