24 saat

NATO tarixinin ən ciddi addımını atdı


NATO yüz minlərlə hərbçisini Rusiya ilə artan gərginlik fonunda gücləndirilmiş rejimə keçirəcək.

Bunu “Tayms” qəzetinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

Onun sözlərinə görə, bu addım soyuq müharibə dövründən sonra atılmış ən ciddi addımdır. O, məhz nə qədər döyüşçünün gücləndirilmiş rejimə keçiriləcəyini söyləməyib.

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Adam Tomson mətbuata açıqlamasında Alyansın 300 min hərbçini gücləndirilmiş rejimə keçirəcəyini bildirib. (Axar.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: