Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

NATO sammitində 18 prezident iştirak edəcək

NATO-nun Varşavada keçiriləcək sammitində 18 prezident iştirak edəcək. ANS PREESS-in məlumatına görə, bu barədə Polşanın PAP agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın iclası iyulun 8-9-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.

Həmçinin təşkilatın iclasında iştirak etmək üçün 28 NATO-üzvü ölkədən və 26 tərəfdaş ölkədən 65 nümayəndə heyəti, həmçinin BMT, Avropa İttifaqı, Dünya Bankı və NATO qərargahının nümayəndələri qeydiyyatdan keçiblər.

Ümumilikdə sammit üçün 2103 nəfər qeydiyyatdan keçib. Sammitin işini 2 min jurnalist işıqlandıracaq. Onlar Varşavada Milli stadionunda futbol meydançasında qurulacaq çadırda toplaşacaqlar. Təhlükəsizliyin təmin olunmasına isə 6 min polis cəlb olunub.

İyulun 7-də Polşa prezidenti Andjey Duda NATO baş katibi Yens Stoltenberq başçılıq etdiyi Alyansın nümayəndə heyəti ilə görüşəcək. İyulun 8-də onlar “NATO sülhün müdafiəsində: 2016 və sonra” adlı beynəlxalq ekspert konfransının açılışında iştirak edəcəklər.

Sammitin növbəti günü Əfqanıstan barədə səhər müzakirəsi ilə başlayacaq. Transanadolu (TANAP) və Trans-adriatik (TAP) layihələrinin reallaşdırması məsələsi NATO-un Varşava sammitində müzakirə ediləcək.

Bir müddət əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün yeri NATO-nun iclası çərçivəsində Varşavada ola biləcəyi barədə Ermənistan mətbuatında xəbərlər yayılmışdı.

Alyansın baş katibi Stoltenberq bu tədbiri artıq təşkilatın tarixində bir dönüş kimi qiymətləndirib. Sammitdə Rusiyanın alyansa ciddi təhlükə olduğu və NATO-un Qara dənizdə hərbi potensialı artırması haqda elan veriləcəyi gözlənilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ukrayna prezidenti Azərbaycana iyulun 14-də səfər edəcək

%d bloqqer bunu bəyənir: