Now Reading:
NATO Rusiyanı hədələdi
Full Article 50 second read

NATO Rusiyanı hədələdi



Qurumun baş katibi bəyanatla çıxış edib

NATO Rusiyanın hərəkətlərinə güc və inandırıcı faktlarla reaksiya verməlidir. Bunu Die Welt nəşrinə və Avropa qəzetləri alyansı olan LENA-a (Leading European Newspaper Alliance) müsahibəsində qurumun baş katibi Yens Stoltenberq çıxış edib.

“Moskva Krımı işğal edib, Ukraynanın şərqində separatçıları dəstəkləməklə beynəlxalq hüququ pozur. Ona görə də biz alyansın şərg sərhədlərini genişləndiririk”, – deyə o qeyd edib. Onun sözlərinə görə, hazırda Baltik dövlətlərinin hər birinə və Polşaya beynəlxalq batalyonun göndərilməsi variantı müzakirə olunur. Bu qüvvələr rotasiya rejimində olacaq. Yekun qərar üzv ölkələrin bu ilin iyul ayında Varşavada keçiriləcəyi sammiti ərəfəsində qəbul ediləcək.

Bu planlar NATO-Rusiya başlıca aktını pozmur, çünki əhəmiyyətli hərbi qüvvələrin gücləndirilməsini nəzərdə tutmur. Moskva əhəmiyyətli hərbi qüvə deyəndə NATO-ya üzv dövlətdə mindən artıq əsgərin olmasını nəzərdə tutur. Stoltenberq bu göstəriciyə çatmağa hələ çox qaldığını deyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: