Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

NATO Rusiya sərhədlərinə 4 min hərbçi yerləşdirir

NATO Rusiya ilə sərhəddə yerləşdirəcəyi batalyonların sayını açıqlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Duqlas Lyut bildirib. Söhbət təxminən 4 minə qədər  hərbi qulluqçunun sərhəddə yerləşdirilməsindən gedir.

Duqlas Lyut bildirib ki, NATO Polşa, Latviya, Litva və Estoniyada 800-1000 hərbçi yerləşdirməyi planlaşdırır.
“Biz 4 müttəfiq ölkənin hər birində 800-1000 canlı qüvvə yerləşdirmək niyyətindəyik. Bununla da bu ölkələrdən hər hansı birinə istənilən hücumun qarşısı alyans tərəfindən dəf ediləcək”,- deyə Duqlas Lyut vurğulayıb.
O həmçinin vurğulayıb ki, batalyonlar rotasiya prinsipi əsasında yerləşdiriləcək. Hərbçilər çoxmillətli olacaq.
Ötən həftə Federasiya Şurasının senatoru Frants Klintseviç bəyan edib ki, NATO  böyük səylə Şərqi Avropadakı keçmiş sovet hərbi bazalarına öz qoşunlarını yerləşdirir. Son vaxtlar alyansın hərbi qulluqçularının sayı 19 dəfə artıb. Federasiya Şurası NATO-nun bununla Rusiyaya zərbələr endirməyə hazırlaşdığını istisna etmir.
Duqlas Lyut- ABŞ-ın NATO-dakı daimi nümayəndəsi
O, həmçinin qeyd edib ki, Şimali Atlantika alyansının Rusiya sərhədlərində aktivliyi artmaqda davam edir.
“Biz NATO-nun hərbi fəallığını nəzərə alaraq öz döyüş vasitələrimizi gücləndirəcəyik. Əlbəttə ki, bu ilk növbədə raket əleyhinə müdafiə sistemi olan ölkələri təhlükə altında qoyur. Biz bunu gizlətmirik”, – deyə senator vurğulayıb.
Frants Klintseviç-Sovet Federasiyası senatoru

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Putin ABŞ-ı Qarabağ nizamlamasından kənarlaşdırır

%d bloqqer bunu bəyənir: