Loading...
Loading...
nato2.png

NATO Rusiya gəmilərini mühasirəyə aldı – Gərginlik

Rusiya donanmasına məxsus təyyarə və nüvə başlıqları daşıyan hərbi gəmilər İsveç sularında İngiltərə və NATO donanması tərəfindən mühasirəyə alınıb.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.

Şimal dənizindən keçərək Suriyaya üzən rus gəmilərinin Norveç və Böyük Britaniyaya məxsus hərbi gəmilər tərəfindən də izlənildiyi bildirilib.

Bundan əlavə, onların beynəlxalq sularda əməliyyat keçirdiyi iddia edilərək, Su-33 helikopteri ilə KA-27 təyyarəsinin əraziyə getdiyi vurğulanıb.

“Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi qrupda nüvə başlıqları daşıyan “Pyotr Veliki”, həmçinin, “Severmorsk” və “Admirak Kulakov” sualtı gəmiləri var. Sözügedən gəmilər Dover boğazından keçərək Suriyaya gedəcək.

Qeyd edək ki, rəsmi Moskva bazar günü hərbi gəmilərin təlim üçün Aralıq dənizinə göndərildiyini açıqlamışdı.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Putin işə belə gedir: 11 motosiklet… – Video

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: