Advertisements
24 saat

NATO-nun sabiq baş katibi Obamanı qərarsızlıqda ittiham edib


NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin müşaviri Anders Foq Rasmussen ABŞ-ı dünyadakı münaqişələrin həllində aktiv iştirak etməyə çağırıb və prezident Barak Obamanı qərarsızlıqda ittiham edib.

“Sky News”a müsahibə verən keçmiş baş katib bildirib ki, ABŞ prezidenti hərbi qüvvələrdən çox könülsüz şəkildə istifadə edir: “ABŞ dünyanın jandarmı kimi bizə lazımdır. Amerika məqsədyönlü qlobal liderlik nümayiş etdirməlidir. ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Böyük dövlətlər təqaüdə çıxmır”.

A. F. Rasmussen Donald Trampın ABŞ-da prezidentlik postuna gəlməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, bu cür ssenari çox təhlükəli ola bilər.

(apa)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: