Loading...
Loading...

NATO Cənubi Qafqazda Rusiyaya qarşı hərbi ittifaq qurur?

Türkiyə, Azərbaycan və Gürcüstanın 2017-ci ildə keçirilməsi planlaşdırılan hərbi təlimlərinə NATO qüvvələri də qoşula bilər.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın “Rezonans” saytı yazıb.

Saytın iddiasına görə, bölgədə NATO-nun dəstəyi ilə yeni hərbi ittifaq yarana bilər: “Qərb bunu “Rusiya təcavüzündən” müdafiə olunmaq adı altında edir. Əslində Gürcüstan, Türkiyə və Azərbaycanın təlimlərlə bağlı razılığı NATO-nun regionda güclənməsinin siqnalı hesab edilməlidir”.

Rusiyalı hərbi analitik Aleksandr Xramçikin isə hesab edir ki, Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı NATO-nun bölgədə Rusiyaya alternativi kimi qəbul edilə bilər.

“Cənubi Qafqazda hərbi əməkdaşlığın sonrakı inkişaf ssenarisi isə Rusiya və Qərbin qarşıdurmasının səviyyəsindən asılı olacaq”, – deyə o bildirib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Əməkdaşlığı bərpa edirik – Putin

%d bloqqer bunu bəyənir: