24 saat

NATO Əfqanıstanı bombaladı: 30-dan çox dinc sakin öldü


NATO qüvvələrinin endirdiyi aviazərbə nəticəsində Əfqanıstanın Gündüz əyalətində azı 30 dinc sakin ölüb. Ölənlər arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.

APA-nın verdiyi xəbərə görə, aviazərbələr Əfqanıstan və ABŞ hərbçilərini mühasirəyə almış taliblərə qarşı nəzərdə tutulubmuş. Əfqanıstanın rəsmi qurumları açıqlamalarında bildiriblər ki, taliblərin gizlənmək üçün dinc sakinlərin evlərindən mövqe kimi istifadə etməsi əhali arasında itkilərə səbəb olub. Sakinlər zərbələrdən sonra etiraz aksiyası keçiriblər.

NATO insidenti araşdıracağını vəd edib. Qeyd edək ki, Əfqanıstan və ABŞ hərbçiləri noyabrın 2-nə keçən gecə Gündüz əyalətində birgə əməliyyat keçirməyə başlayıblar. Döyüşlər zamanı 2 amerikalı hərbçi və 27 “Taliban” silahlısı ölüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: