Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Natiq Cəfərlinin işi Avropa Məhkəməsinə göndərilə bilər

Vəkil Cavad Cavadov həbsdə olan REAL hərəkatının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli ilə görüşüb.

Bu haqda Modern.az-a məlumat verən C.Cavadov müvəkkilinin səhhətinin normal olduğunu deyib:

 

“Səhhəti də, kefi də əvvəlki qaydasındadır. Heç bir narahatlığı yoxdur. Həmin Natiqdir, sadəcə iqtisadi təhlilləri üçün darıxır. Hər dəfə görüşdə məndən yeni iqtisadi məlumatlar istəyir. Həm də “Facebook” sosial şəbəkəsində statuslar yazmaq üçün darıxıb. Həbsindən sonra səhifəsini yaxınları idarə edir”.

 

Hüquqşünas bildirib ki, işlə bağlı müəyyən yeni hərəkətlər var:

 

“Həbs olunması ilə paralel evində axtarış aparılıb. Araşdırmalarımız zamanı məlum olub ki, onun yaşadığı evində aparılan axtarış üçün məhkəmə qərarı olmayıb.

Biz məhkəmə qərarını tələb etdik, olmadığını dedilər. Məlum olduğu ki, axtarış istintaq orqanın qərarı ilə aparılıb.

Bu da Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan kriteriyalara uyğun deyil. Bununla bağlı da şikayət hazırlayırıq”.

C.Cavadov deyib ki, N.Cəfərlinin həbsi ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək:

 

“Avropa Məhkəməsinə şikayət hazırlayıb qısa zamanda göndərəcəyik. İşə Avropa Məhkəməsində prioritet qaydasında baxılmasını xahiş edəcəyik”.

 

Bakının Nəsimi rayon məhkəməs  Natiq Cəfərli barəsində 4 ay həbs qətimkan tədbiri seçib. O, qanunsuz sahibkarlıqda təqsirli bilinir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sabaha olan hava proqnozu açıqlandı…

%d bloqqer bunu bəyənir: